• $
  • €
  • ₽
  • ₺
  • £

Bu telekanal 5 min manat cərimələndi

Bu telekanal 5 min manat cərimələndi
14.01.2019 17:49
Ötən il ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib. Telekanalların yayım zamanı «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun daha çox 35.2 və 35.7-ci maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib(müvafiq arayışlar tərtib edilmişdir).

Milli Televiziya və Radio Şurasından Anews.az-a verilən məlumata görə, müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları müşahidə edilib.

"Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların xəbər buraxılışlarında rast gəlinərək qanun pozuntusu kimi qeydə alınıb (Xəzər, ATV, ARB).

İl ərzində aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması ilə bağlı da kütləvi hallar diqqəti cəlb edib. Bu isə həm «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin pozulması deməkdir.

Monitorinqlər zamanı «Reklam haqqında» Qanunun 13-cü maddəsinin tələblərinin pozulması hallarının da kütləviliyi müşahidə edilib. Bu barədə mütəmadi olaraq arayışlar tərtib edilərək Şura Sədrinə təqdim edilib.

Bundan başqa, "Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.2-ci maddəsinin tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanmışdır (2.2-ci maddə: Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır).

Şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 02.11.2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan "Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilmiş və bununla "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən "Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Lider TV və Radio Azərbaycan” MMC barəsində 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol