“Nizami” məqbərəsindən oğurluq edənlər yaxalandı

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
DİN Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, yanvarın 13-də saat 21 radələrində Gəncə şəhəri ərazisindəki "Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.
Kəpəz Rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib.
Araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























