• $
  • €
  • ₽
  • ₺
  • £

Polşa səfirliyi viza verilməsi məsələsinə aydınlıq gətirdi

Polşa səfirliyi viza verilməsi məsələsinə aydınlıq gətirdi
15.01.2019 13:32
Polşanın Azərbaycandakı səfirliyi bu ölkəyə Şengen vizası almaq istəyən şəxslərin üzləşdikləri problemlərə aydınlıq gətirib.

Anews.az xəbər verir ki, səfirlikdən "Report"a verilən məlumatda bildirilir ki, diplomatik nümayəndəliyin heç bir şirkət və ya şəxsin Polşanın Azərbaycandakı diplomatik korpusundakı elektron konsulluq sistemində viza ərizəsi vermək üçün qeydiyyatdan keçmək üçün heç bir ödəniş haqqı götürməyə hüququ yoxdur.

"Qeydiyyat pulsuzdur və yalnız www.e-konsulat.gov.pl saytına daxil olmaqla qeydiyyatdan keçmək mümkündür. Viza sistemində yerləri sifariş etməklə sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur və buna görə də qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur. Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığından bütün bu cür hallar Polşaya viza almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycandakı vətəndaşları tərəfindən polisə bildirilməlidir", - deyə səfirlikdən vurğulanıb.

Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Polşanın Azərbaycandakı səfirliyinin qarşısına Şengen vizası almaq istəyən şəxslərdən ibarət böyük növbələrin yarandığını əks etdirən videolar yayılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol