• $
  • €
  • ₽
  • ₺
  • £

"Direktor mənə dedi ki, həmin adamla "isti" münasibət yarat" — Qalmaqallı direktordan şikayət

"Direktor mənə dedi ki, həmin adamla "isti" münasibət yarat" — Qalmaqallı direktordan şikayət
15.01.2019 13:54
Bir neçə gün öncə direktor müavini direktoru barədə prokurorluq orqanlarına şikayət edən Sumqayıt şəhər 9 nömrəli tam orta məktəblə bağlı daha bir iddia ortaya çıxıb.

 "Ölkə.Az"ın məlumatına görə, direktor müavini Təranə Nəsirova rəsmi şəxslərə yazdığı məktubda bu barədə qeyd edib:

Mən 2017 ci ilin oktyabr ayından 9 nömrəli tam orta məktəbə tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşam. Məndən bir neçə gün qabaq 39 nömreli tam orta məktəbdən ibtidai sinif müəllimi Həqiqət Abdullayeva 9 nömrəli məktəbə direktor əvəzi təyin olunub və direktor vəzifəsi boş oldugu üçün həmin vəzifəni ona həvalə edilib. Sonradan mənə məlum oldu ki, bizdən əvvəlki müavinləri qanunsuz olaraq işdən azad ediblər. Onlar da işlərinə bərpa edilmək üçün məhkəməyə müraciət ediblər".
T.Nəsirova yazır ki, məhkəmə keçmiş müavinlərin işə bərpasıyla bağlı qərar çıxarandan sonra hazırda direktor əvəzi olan Həqiqət Abdullayeva ona çağıraraq, "tapşırıq" verib:

"Bu zaman Həqiqət Abdullayeva məni çağırıb dedi ki, sən keçmiş direktor müavini ilə isti münasibət yarat, ona şər-böhtan at. Dedim ki, bu işi bacarmaram və etiraz etdim. Həmin gündən etibarən Həqiqət Abdullayeva mənə göz verib, işıq vermədi.  Bu barədə Təhsil Nazirliyinə və prokurorluq orqanlarına müraciət etmşəm. Qeyd etmişəm ki,  əgər mənim başima bir iş gəlsə, bütün məsuliyyət Həqiqət Abdullayevanın üstündə qalir. Bütün səlahiyyətli şəxslərdən acizanə surətdə xahiş edirəm ki, bu məsələyə ciddi baxılsın".

Qeyd edək ki, Həqiqət Abdullayeva bir neçə gün öncə səsləndirilən iddialarla bağlı saytımıza açqlama verməkdən imtina etmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol