• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillə vurulub yol kənarına atılan 18 yaşlı İntiqamın fotosu

Avtomobillə vurulub yol kənarına atılan 18 yaşlı İntiqamın fotosu
29.05.2020 08:07
Hadisə Kürdəxanı yolunda baş verib.

Üzü şəhər istiqamətində hərəkətdə olan minik avtomobili yolun bir tərəfindən digərinə keçməyə çalışan Sabunçu qəsəbə sakini, 18 yaşlı İntiqam Məmmədov vurub.

ARB TV xəbər verir ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib.

Amma sürücü hadisə yerindən təqribən 5 km kənarlaşandan sonra piyadanı maşından düşürüb. Huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Amaliya Məmmədova – yaralının anası: "Gecə-gündüz bütün Kürdəxanı əhalisi, qohumlarım qəristanlığı, zibillikləri axtardıq”.

Səfiyar Şəmilov – qohumu: "Fikirləşdik ki, aparıb evinə qıraqdan həkim gətirib orada ona baxdırır. Xəstənin vəziyyəti stabilləşəndə harasa məlumat verəcək. Gecə saat 03:00-dək hadisə olan yerə təqribən 5 dəfə gedib gəlmişik”.

Gəncin yaxınları ümidini üzsə də polis axtarışlarını dayandırmayıb, təqribən 24 saat sonra İntiqam Məmmədov tapılaraq Sabunçu Rayon Xəstəxanasına çatdırılıb. Ağır yaralı halda olan yeniyetmə dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, gənc köməksiz vəziyyətdə qaldığına görə xeyli qan itirib. Bu səbəbdən də hazırda vəziyyəti ağır qiymətlədirilir.

Ərazidəki müşahidə kameralarının da köməkliyi ilə hadisədə şüphəli bilinən sürücünün tapılması prossesi çox çəkməyib. Yerli polis bölməsi ilə, Bakı Şəhər Baş Polis İdarəsinin birgə əməliyyatı nəticəsində piyadanı vuran şəxs, Sabunçu rayon sakini Eldar Əliyev saxlanılıb.

Hazırda cinayət işi davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol