Azərbaycan Gənclər Fondu "Eko youth" layihəsi həyata keçirir

Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə "Eko youth" layihəsi həyata keçirilir .
Layihənin məqsədi Cəbrayıl, Tovuz, Goranboy rayonları və Gəncə şəhərində müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir.
Layihə çərcivəsində 3 ay müddətində Cəbrayıl rayonu, Tovuz , Goranboy və Gəncə şəhərində yerləşən məktəblərdə ümumilikdə 80 məktəbliyə (hər regionda 20 nəfər olmaqla) 3 saat müddətində "Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və İctimai Vəkillik" və "Gənclərin Ətraf Mühitin qorunması və təmizlənməsində rolu" adlı təlimlər keçirildi.
Bu təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətmək hədəflənmişdir.
Layihe müddətində yaşıl iməcilik adı altında təmizlik aksiyası oldu və yığılan tullantılardan 20 yaxın müxtəlif əl işləri hazırlandı və yekunda onların sərgisi təşkil edildi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























