Sabah hava necə olacaq?

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacaq.Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, arabir guclənəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























