• $
  • €
  • ₽
  • ₺
  • £

“Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı” - Qulu Məhərrəmli

“Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı” - Qulu Məhərrəmli
16.01.2019 09:15
Tanınmış telejurnalist Qulu Məhhərmli AzTV-nin rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunmasına münasibət bildirib.

Anews.az xəbər verir ki, o, "Qafqazinfo”ya açıqlamasında Alışanovu Azərbaycan televiziya tarixinin ən uğursuz kadrlarından biri adlandırıb:

"Arif Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı. Hesab edirəm ki, bir az gecikmiş, amma çox düzgün qərardır. Alışanov Azərbaycan televiziyasını min arşınlıq quyunun dibinə saldı, onu öz fəaliyyət səviyyəsinə endirdi. Televiziyanın ənənələrini davam etdirə bilmədi. Həm də onun adı digər korrupsiya faktlarında, maliyyəni düzgün xərcləməməklə bağlı məsələlərdə hallandı. Hesab edirəm ki, Alışanov televiziya tarixində ən uğursuz kadrlardan biri idi. Prezident çox müdrik addım atıb”.

Q.Məhərrəmli "Alışanovun vəzifəsindən uzaqlaşdırılmasında adının hallandığı məhkəmələrin də təsiri ola bilərmi” sualına belə cavab verib:

"Bu qərara çox şeylərin təsiri ola bilər. Hər halda heç kim güman eləməsin ki, onun törətdiyi əməllərdən cəmiyyətin və yaxud yüksək dairələrin xəbəri yoxdur. Görünür, hər şeydən məlumatlıdırlar və onların əsasında qərar qəbul olunub”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol