• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada 15 yaşında ana olan azərbaycanlı qızın əhvalatı

Rusiyada 15 yaşında ana olan azərbaycanlı qızın əhvalatı
16.01.2019 11:56
15 yaşlı azərbaycanlı qız Həştərxanda dünyaya gətirdiyi övladını böyük bacısının adına keçirib. Bir müddət sonra isə bu qərar ana və övladı üçün dəhşətli nəticələrə səbəb olacaqdı. 

Anews.az oxu.az-a istinadən xəbər verir ki, Həştərxan vilayətinin uşaq hüquqları üzrə müvəkkili Aleksandra Bondarevaya regionda yaşayan Azərbaycan vətəndaşı müraciət edib.

O, başına gələn hadisəni danışıb. Qadının sözlərinə görə, 15 yaşı olan zaman övlad dünyaya gətirib. Bu zaman o, övladını böyük bacısının adına yazdırıb. Yeri gəlmişkən, həmin şəxs də Azərbaycan vətəndaşıdır. 

Əvvəlcə hər şey normal axarında davam edirdi. Qadın övladı ilə birlikdə qalır, onun tərbiyəsi ilə məşğul olur, körpənin qeydinə qalırdı. Ancaq bir müddət sonra qadının bacısı Həştərxan vilayətindən vətəninə deportasiya edilib. Bu zaman körpə də sənəddə göstərilmiş anası ilə göndərilib. 

Gənc anaya ombudsmana müraciət etmək məsləhət görülüb. Ombudsman isə öz növbəsində onun məhkəməyə müraciət etməsinin vacibliyini bildirib. 

Ancaq ananın məhkəmədə təyin edilən genetik ekspertizadan keçməyə pulu olmadığı üçün Uşaq müvəkkili Həştərxandakı "Azərbaycan” milli mədəniyyət ictimai təşkilatının sədri Vahid Rəhimova müraciət edib. V.Rəhimov qadına maliyyə yadımı edib və məsələ xoşbəxtliklə nəticələnib. Körpə anasına qaytarılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol