• $
  • €
  • ₽
  • ₺
  • £

"AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi"

"AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi"
16.01.2019 13:37
"Azərbaycan Dövlət Televiziyasına (AzTV) əlavə vəsaitin ayrılmasının mənası yoxdur, çünki İctimai Televiziya (İTV) fəaliyyət göstərir. İTV, həmçinin digər bütün telekanallar onsuz da dövlətin siyasətini təbliğ edir". 


Anews.az xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda dövlət televiziyasına ehtiyacın olub-olmaması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xüsusən İTV modelində yeni vahid telekanalın yaradılması vacibdir: "Bu istiqamətdə düşünmək və islahatlar aparmaq lazımdır. AzTV-də işləyən jurnalistlər və s. məsələlər də nəzərə alınmalıdır. Bir çox ölkədə rəsmi televiziya kanalı fəaliyyət göstərir. Məsələn, Türkiyədə TRT nümunəsini göstərmək olar. Amma bunlar daha geniş məkan üçün nəzərdə tutulan, auditoriyası geniş olan telekanallardır. Bizdə də bu istiqamətdə düşünmək olar".

Arif Alışanovun AzTV-nin sədri vəzifəsindən çıxarılması məsələsinə gəlincə, millət vəkili əmin olduğunu bildirib ki, bütövlükdə bundan sonra AzTV-də dünya görüşü, düşüncə tərzi baxımından A.Alışanov kimi tipajda adam olmayacaq: "O həm də Milli Məclisə qarşı ən böyük hörmətsizliyi göstərirdi. Milli Məclisin iclaslarında gedən müzakirələri telekanalda təqdim etməyi özünün borcu kimi baxmırdı. AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi. Cəmil Quliyev İTV-nin sədri təyin ediləndən sonra onu da qoymadı işləməyə. Oranı da çevirdi ancaq pul yığmaq vasitəsinə. Buna görə də bu telekanalların reytinqini, baxımlılığını çox aşağı saldı".

F. Mustafa əlavə edib: "Ümid edək ki, heç olmasa bundan sonra normal və yeni dünya görüşünə və düşüncəyə sahib insanların bura təyin olunması baş verəcək. AzTV-nin sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəlidir, uzun müddət müxtəlif televiziyalarda verilişlər aparıb. Bütün hallarda Arif Alışanovdan daha müsbət imic təqdim edəcək".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol