• $
  • €
  • ₽
  • ₺
  • £

Bunu edən sürücülər 800 manat cərimə olunacaq

Bunu edən sürücülər 800 manat cərimə olunacaq
16.01.2019 14:01
Son günlər Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarını pozan avtomobillərlə bağlı tədbirlər görməyə başlayıb.

Publika.az xəbər verir ki, agentliyin sürücüləri kütləvi şəkildə cərimələməsi bəzi şəxslərin vəziyyətdən çıxmaq üçün "yollar” axtarıb tapmasına səbəb olub. Belə ki, Bakı şəhərində bəzi hallarda sürücülər dayanma-durmanın qadağan edildiyi yerdə maşın saxlayarkən cərimələnməmək üçün nömrənin üstünü örtür, bəzi hallarda isə sürücülər avtomobilin baqajını açıq saxlayaraq kameralar vasitəsi ilə nömrənin qeydə alınmasına menaə yaradırlar.

Bildirilir ki, sürücülərin bu kimi hərəkətlərə yol verməsi onların dayanma-durmaya qayda pozuntusuna görə nəzərdə tutulmuş 20 manat əvəzinə daha yüksək məbləğdə cərimələnməsinə gətirib çıxara bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.9 maddəsi bu kimi hallarla bağlı böyük məbləğdə cəriməni nəzərdə tutur. Belə ki, İXM-nın qeyd edilən maddəsi əsasında nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol