• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
16.10.2014 13:15

İlin əvvəlindən əhalinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artıb. Nəticədə sentyabr ayının 1-də 9552,5 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisininki isə 46,8 faiz təşkil edir. Əhalinin 49,7 faiz kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1011 nəfər qadın düşür. 

 

İlin ilk 8 ayı ərzində ölkədə 112,0 min, yaxud hər gün orta hesabla 461 körpə dünyaya göz açıb və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə (17,8) qalıb. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmaqla 1986-sı əkiz, 45-i isə üçəm doğulmuşdur. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir. 

 

Ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür. 

 

Yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Rəsmi orqanlar tərəfindən ölkə üzrə 53,4 min nikah və 8,0 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil edib. 

 

2014-cü ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınıb.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol