• $
  • €
  • ₽
  • ₺
  • £

“Hava məlumatına görə nazirliyi qınayanlar var”

“Hava məlumatına görə nazirliyi qınayanlar var”
16.01.2019 16:25

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaydığı məlumat bilavasitə Xəzər dənizi akvatoriyasında gözlənilən təhlükə yarada bilən şiddətli küləklə bağlıdır. Bununla əlaqədar dövlət dəniz adminstrasiyasına, neft şirkətinə və digər dənizdə iş aparan qurumlara 2 gün əvvəldən xəbərdarlıq verilib ki, onlar qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk”.
Bunu "Qafqazinfo”ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, əhali tərəfindən nazirlikdə yaradılan qərargaha daxil olan çoxsaylı zənglərdə hava şəraiti ilə bağlı narahatlıq yarandığından diqqətə çatdırmaq istəyirik ki, ən şiddətli külək və yüksək dalğa açıq dənizdə gözlənilir:

"Yəni, xəbərdarlıq ona görə tam təfsilatı və dəqiqliyi ilə verilib ki, əsasən dənizdə işləyənlər əvvəlcədən vəziyyətin ciddiliyindən xəbərdar olsun və bədbəxt hadisələr baş verməsin. Amma Bakıda və Abşeron yarmadasında da güclü külək əsəcəyi, sulu qar yağacağı, temperaturun 10 dərəcəyədək aşağı düşəcəyi gözlənilir. Temperaturun birdən-birə 10 dərəcəyədək aşağı düşməsi də fəsadlara səbəb ola bilər. İşıq, qaz, kommunal təsərrüfatlar üçün bu bir hazırlıq xəbərdarlığıdır. Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun. Güclü küləyin olacağı məlumatı da dənizdə işləyənlərlə bərabər şəhərdə istehsalat zonalarında, tikintilərdə işləyənlərə xəbərdarlıqdır ki, qabaqlayıcı tədbirlər görülsün, hündür mərtəbələrdə iş aparılmasın, hündür kranların işi dayandırılsın. Elə vətəndaşların özləri də bilsinlər ki, belə küləkli hava şəraitində ağacların, dirəklərin aşması təhlükəsi yarana bilər, buna görə də ehtiyatlı olsunlar. Belə ciddi hava xəbərdarlığı barədə məlumatı yaymaq vacibdir ki, insanlar, aidiyyəti qurumlar əvvəlcədən hazırlıqlı olsunlar.
Amma eşidirik ki, nazirliyi belə həyəcanlı məlumatı yaymaqda qınayanlar da var. Məncə əsassızdır, çünki insanlar müəyyən təhlükələrdən əvvəlcədən xəbərdar olsa, güclü və çevik olar, gözlənilən təhlükədən özünü qoruya bilər. Yəqin dənizdə neftçilərin güclü külək nəticəsində faciə ilə üzləşməsi hamının yadındadır. Bütün bunların baş verməməsi və insanların işlərini havaya uyğun qurmaları üçün əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir”.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol