• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisindən sürücülərə təcili və sərt XƏBƏRDARLIQ

Yol Polisindən sürücülərə təcili və sərt XƏBƏRDARLIQ
16.01.2019 19:29
3 ildən az sürücülük təcrübəsi olanlar sabah sükan arxasına oturmasın. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahdan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Dövlət Yol Polisinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə xəbərdarlıq edib və bəzi tövsiyələri diqqətə çatdırırb. İdarənin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev sürücülərin nəzərinə çatdırır ki, yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə nəqliyyat vasitələrini idarə edərkən diqqətli olsunlar və avtomobillərin texniki sazlığına əməl etsinlər. Bundan əlavə, DYP xüsusilə, təkərlərin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirməyi tövsiyə edir.Polis polkovnik-leytenantı onu da qeyd edib ki, bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, "ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmək lazımdır: "Sürücülərə tövsiyyə edirik ki, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçsinlər, zərurət olmadan ötmə əməliyyatı aparmasınlar, qəfil manevrlər və kəskin tormazlama etməsinlər”.Rüfət Quliyev sürücülərə xatırladır ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin üzərindəki qar yığınını, ban şüşələrini təmizləməli, şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.Sonda şöbə rəisi bildirib ki, qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri, eləcə də ümumi sürücülük təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol