• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Azərbaycanda zəlzələ gözlənilir?

Sabah Azərbaycanda zəlzələ gözlənilir?
16.01.2019 22:13
"Respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsus ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdirməyən və vətəndaşları heç nədən narahat edən xəbərlər yaymasına səbəb olub”.
 

Anews.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müduri Vüsalə Rafiqqızı məlumat verib.
 
V.Rafiqqızı vətəndaşlar tərəfindən daxil olan  çoxsaylı müraciətlərə aydınlıq gətirərək bildirib ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı əlaqəsi yoxdur: "Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir. Bakıda gözlənilən güclü küləklə bağlı müvafiq qurumlar tərəfindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir. Odur ki, vətəndaşlarımızdan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadı olmayan hər hansı xəbərə inanmamağı, media nümayəndələrimizdən isə bu səpkili xəbərləri dəqiqləşdirmədən yaymamağı xahiş edirik”.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək təhlükəli hidrometeoroloji hadisənin gözlənildiyi ilə bağlı məlumat yayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol