• $
  • €
  • ₽
  • ₺
  • £

"Yaxın 4-5 saata Bakıda güclü külək başlayacaq" (VİDEO)

"Yaxın 4-5 saata Bakıda güclü külək başlayacaq" (VİDEO)
17.01.2019 00:13
Xəbər verdiyimiz kimi, yanvarın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək təhlükəli hidrometeoroloji hadisənin gözlənildiyi ilə bağlı məlumat yayıb. Açıqlamada qeyd olunurdu ki, ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək. Lakin bu gün günorta saatlarında havanın hərarətinin 16 dərəcə olması insanlarda bu informasiyaya qarşı tərəddüd yaradıb.


Qaynarinfo xəbər verir ki, Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva "Real TV”yə açıqlamasında bu gün anomal isti hava şəraitinin müşahidə olunduğunu, lakin kəskin hava şəraiti ilə bağlı səsləndirilmiş proqnozun qüvvədə qaldığını bildirib:


"Baxmayarq ki, havanın temperaturu paytaxtda iqlim normadan 4 dərəcəyədək yüksək olub, yanvarın 17-də bu günə nisbətən havanın temperaturu kəskin aşağı enəcək. Ümumiyyətlə temperaturun anomal gedişi gözlənilir. Belə ki, temperatur səhər saatlarında 5 dərəcəyə yaxın olacaq, gündüz saatlarında isə 2 dərəcədən yüksək olmayacaq”.


Direktorun sözlərinə görə, yaxın 4-5 saata Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək: "Səhər saaatlarına yaxın şimal küləyinin sürəti daha da artacaq. Bakıda və Abşeron yarımadasında mənfi temperatur gözlənilmədiyindən yağıntılar əsasən sulu qar şəklində olacaq”. 


Baş hidroloq Asif Verdiyev isə bildirib ki, Aralıq dənizindən ölkəmizə soyuq hava kütlələri əsasən Naxçıvan ərazisindən daxil olacaq: "Daha sonra isə Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının ərazisini əhatə edəcək. Qar əsasən bu ərazilərdə müşayiət olunacaq”.

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol