Bakıda doqquzmərtəbəli binada yanğın – Xilasedicilər hərəkətə keçdi

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Anews.az-a verilən məlumata görə, yanğın zamanı mənzildən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























