• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda şadlıq sarayında görünməmiş cinayət – VİDEO

Bakıda şadlıq sarayında görünməmiş cinayət – VİDEO
16.10.2014 11:52

Özünü bəyin iş yoldaşı kimi tanıdan qadın qonaqları soydu.

Nizami rayonu ərazisində şadlıq saraylarında oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

 APA TV-nin məlumatına görə, RPİ 24-cü polis bölməsinin əməkdaşları Nazilə Ələsgərovanın şikayəti əsasında Göyçay rayon sakini, 26 yaşlı Rəhimova Vüsalə İlham qızını yaxalayıblar. 

O, Mikayıl Əliyev küçəsində yerləşən restoranlardan birinin qarşısında saxlanılıb. Şübhəli oğurluq etdiyi restorandan çıxarkən tutulub.

 

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu əməlləri 4 yaşlı övladının yanında edib. O, toy mərasimi zamanı zala daxil olaraq, bəyin iş yoldaşı olduğunu bildirib.

 

Təhqiqatçı Mehbalı Rzayev deyib ki, qadının oradan oğurladığı çantada 300 manat pul və “Samsung” markalı telefon olub.  

 

Kamera qarşısında danışmaq istəməyən Vüsalə Rəhimova əməlinə ehtiyacının olması ilə haqq qazandırmaq istəyib. İndiyədək iki fakt təsdiqlənsə də, polis onun digər cinayətlərdə iştirakını istisna etmir.

 

Bu şəxsi görüb tanıyanların və ya onun əməllərindən zərər çəkənlərin polisə müraciət etmələri xahiş olunur. 

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol