• $
  • €
  • ₽
  • ₺
  • £

"Alışanov adı kriminalda, hətta qətldə hallanan yeganə sədr oldu"

"Alışanov adı kriminalda, hətta qətldə hallanan yeganə sədr oldu"
29.05.2020 06:36
"Əlbəttə, Alışanovun AzTV sədliyindən çıxarılması yaxşı hadisədir". Bu sözləri jurnalist, teletənqidçi Qulu Məhərrəmli deyib.

Anews.az BAKU.WS-ə istinadən xəbər verir ki, mütəmadi olaraq Arif Alışanovun fəaliyyətini tənqid edən jurnalist onun vəzifəsindən kənarlaşdırılmasının ədalətli qərar olduğunu bildirib:

"O, ölkə rəhbərinin və kollektivin ona göstərdiyi etimadı doğrultmadı. Yaradıcı işdən tam uzaq olduğu üçün ciddi ənənəsi olan bir TV-ni özfəaliyyət səviyyəsinə endirdi, bir çox hallarda özəl kanalları yamsılamağa çalışdı. İslahat adı altında peşəkarları pərən-pərən saldı, onun kimliyini, gerçək bioqrafiyasını bilənləri işdən uzaqlaşdırdı. Əməkdaşların əksəriyyətini maaşsız və qonorarsız qoydu, kollektivdə ayrıseçkilik saldı.

AzTV əsl yaradıcılıq böhranı yaşadı. Bu 12 il ərzində dövlətin himayəsi ilə müasir texnika alınsa da, xırda istisnalarla müasir veriliş formatları, auditoriyanı cəlb edən yaxşı proqramlar hazırlanmadı, geniş populyarlıq qazanan tamaşalar, filmlər çəkilmədi. Alışanov peşəkarlıq deyilən meyarı qənul etmədi, insani münasibətləri və digər yüksək dəyərləri ələ saldı.

Tədricən TV-nin qara yarasına çevrilən Alışanov öz xislətindən irəli gələn başqa yolu seçdi, pulun cazibəsinin ardınca getdi. Bu işdə də gözü ayağının altını görmədi, heç bir ölçü tanımadı... Nəticədə AzTV tarixində adı korrupsiyada, maliyyə pozuntularında, kriminalda, məhkəmə qalmaqallarında, hətta qətldə hallanan yeganə sədr oldu.

A.Alışanov getdi, amma AzTV-yə vurduğu yaralar üstüaçıq qaldı. Bu yaraları tezliklə sağaltmaq üçün son illərdə cidi əziyyətlər çəkmiş kollektivə və bu quruma təyin olunacaq yeni rəhbərə uğurlar arzulayıram"!

Q.Məhərrəmli AzTV sədrinin işdən çıxarılması ilə bağlı ona gözaydınlığı verən insanların yanaşmasını onlarda bu addımın şüuraltı olaraq ədalətin bərqərar edilməsi kimi qavranıldığını vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol