• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da güllələnən azərbaycanlının əmisi danışdı

ABŞ-da güllələnən azərbaycanlının əmisi danışdı
17.01.2019 12:37
Qatil Elçini güllə ilə boynunun ardından vurub.

ABŞ-da 29 yaşlı azərbaycanlı iş adamının qətlinin bəzi təfərrüatı məlum olub.

Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində "Fixer Electronic Repair" dükanının sahibi 29 yaşlı Elçin Xəlilovun əmisi, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Tahir Xəlilov AzNews.az-a eksklüziv açıqlamasında bildirib ki, mərhum mobil telefon biznesi ilə məşğul olub:

"Elçin Sumqayıtda 3 nömrəli orta məktəbi bitirib, Bakıda Memarlıq və İnşaat Mühəndislik Universitetini bitirərək ali təhsil alıb.

Bir müddət Bakıda işlədikdən sonra ABŞ-a gedib və orada iş qurmağa qərar verib.

Elçin mobil telefon biznesi ilə məşğul idi. Hardasa 4 ildir ki, orada idi, həm telefon satırdı, həm də təmir işlərinə baxırdı. Çox güman ki, bu qətli kimlərsə qabaqcadan planlaşdırıblarmış. Qəfildən mağazaya basqın olub. İçəri girən oğrular Elçinin güllə ilə boynunün ardından vurub. Onun yerə yıxıldığını görüb mağazada olan telefonları da oğurlayıblar. Xəstəxanaya çatdırılsa da onun həyatını qurtarmaq mümkün olmayıb. Hadisə qarət məqsədi ilə edilib. Elçinin meyiti hələ də ordadır".

Tahir Xəlilov qeyd edib ki, hazırda Elçin Xəlilovun meyitinin Azərbaycana gətirilməsi istiqamətində Azərbaycanın ABŞ-dakı səfirliyi ilə danışıqlar aparılır:

"Çox güman ki, yanvarın 19-u, ya da 20-də Elçin Xəlilovun meyiti Bakıda olacaq. Elçin subay idi, amma bilmədik ki, orada sevdiyi, nişanlısı var ya yox".

Qeyd edək ki, yanvarın 14-də Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində "Fixer Electronic Repair" dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.

Yaralı xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib. Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub.

Xatırladaq ki, Elçin Xəlilovun valideynləri Sumqayıt şəhərində yaşayır. Onun özündən böyük bir qardaşı da var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol