• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda küləkli havada işçilərin həyatını belə təhlükəyə atırlar – VİDEO

Bakıda küləkli havada işçilərin həyatını belə təhlükəyə atırlar – VİDEO
17.01.2019 16:57
Bu gün Bakıda şiddətli küləkli hava olmasına baxmayaraq, hələ də tikinti və təmir gedən ərazilərdə, açıq havada fəhlələri işlədən şirkətlər var.

"Xətai” metrosunun təmiri bu təhlükəli havada da davam etdirilir. Bununla bağlı hadisə şahidləri redaksiyanın "qaynar xətti”nə məlumat veriblər və video görüntü göndəriblər.

Videodan da göründüyü kimi həqiqətən də, fəhlələr təmir işlərini açıq havada və dəmir konstruksiyanın üstündə işləyirlər. Beləliklə də, tikintini aparan qurum işçilərin həyatını təhlükəyə atır.

Halbuki, ötən gün bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətlərə ciddi xəbərdarlıq etmişdi.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov BAKU.WS-ə açıqlamasında bildirmişdi ki, şirkətlər bu məsələyə çox ciddi yanaşmalıdırlar.

"İşçilərin sağlamlığı qorunmalıdır. Bu faktla bağlı Dövlət Əmək Müfəttişliyinə məlumat daxil olan kimi faktla bağlı ciddi tədbir görüləcək”, - deyə Fazil Talıbov bildirib.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinn rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, fəhlələr əlavə tədbirlər məqsədilə bərkitmə işləri aparıblar.

"Dünən bərkitmə işləri aparıblar. Bu gün də əlavə olaraq bərkitmə işləri aparıblar ki, dağıntı olub, ətrafa ziyan verməsin. Qısa müddətdə əlavə bərkitmə işləri görüblər. Metal konstruksiyanı bərkidiblər ki, aşma baş verməsin”, - deyə Bəxtiyar Məmmədov bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol