• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli” Azərbaycanı tərk etdi

“Lotu Quli” Azərbaycanı tərk etdi
17.01.2019 17:35
Bir müddətdir Azərbaycanda yaşayan 46 yaşlı "qanuni oğru” Nadir Səlifov ölkəni tərk edib.

Anews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, hazırda postsovet məkanının ən nüfuzlu avtoriteti olan "Lotu Quli" yenidən Türkiyəyə qayıdıb. Həbsdən azad olunandan sonra uzun müddət Türkiyədə məskunlaşan Səlifovun gözlənilmədən Bakıya gəlməsi, burada bir neçə ay yaşadıqdan sonra geri dönməsi maraq doğurur.

Onun Türkiyədə olarkən bir neçə dəfə polis tərəfindən saxlanılması və Rusiya tərəfindən tələb olunması haqda məlumatlar yayılmışdı. Bu hadisələrdən sonra Qulinin Bakıya gəlməsi təhlükəsizliyini qorumaq və etibarlı sığınacaqla təmin olunmaq məqsədi ilə əlaqələndirildi. 

Lakin Səlifov bir neçə gün əvvəl yenidən İstanbula geri dönüş edib. Onun bu dəfə mühafizəsini gücləndirməsi, ətrafına daha etibarlı şəxslər yığması ilə bağlı məlumatlar var. Rövşən Lənkəranskidən sonra Rusiyada göyərti imperiyası uğrunda əsas savaşçılardan biri olan Quli bu ölkədəki oliqarxlarla toqquşmaq məcburiyyətində qalıb. Bu savaşdan kimin qalib çıxacağı isə yəqin ki, yaxın zamanlarda bəlli olacaq. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol