• $
  • €
  • ₽
  • ₺
  • £

“Ana-bacı” söhbəti bir gənci həbsə, birini qəbrə göndərdi - MƏHKƏMƏ

“Ana-bacı” söhbəti bir gənci həbsə, birini qəbrə göndərdi - MƏHKƏMƏ
18.01.2019 14:50
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. Emil Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb. Məlumata görə, 19 yaşlı E.Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan E.Heydərov bildirib ki, özündən altı yaş böyük N.Həziyevi mübahisə zəminində öldürüb.

O deyib ki, N.Həziyevin qardaşının bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı N.Həziyevin qardaşı məhəllədə, evlərinin qarşısında qızla öpüşüb. Bunu görən E.Heydərov həmin şəxsə "hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil” kimi irad bildirib. 

Bundan sonra söhbətdən N.Həziyev xəbər tutub və E.Heydərovla söhbətə gəlib. Nəticədə, E.Heydərov N.Həziyevi bıçaqlayaraq qətlə yetirib. 

E.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.a

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol