• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə XƏBƏRDARLIQ: 500-800 manat cərimə OLUNACAQSIZ - VİDEO - FOTO

Sürücülərə XƏBƏRDARLIQ: 500-800 manat cərimə OLUNACAQSIZ - VİDEO - FOTO
18.01.2019 21:24
BNA-nın sürücüləri kütləvi şəkildə cərimələməsi bəzi şəxslərin vəziyyətdən çıxmaq üçün başqa yollar axtarmasına səbəb olub. Sürücülər dayanma-durmanın qadağan edildiyi yerdə avtomobil saxlayarkən cərimələnməmək üçün nömrənin üstünü örtür,  bəzi hallarda isə avtomobilin baqajını açıq saxlayaraq kameralar vasitəsilə nömrənin qeydə alınmasına maneə yaradırlar.
Anews.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Ərşad Hüseyinov - Ekspert: "Dövlət qeydiyyat nişanlarının üstünü bağlayırlar ki, texniki vasitələr bunları aşkar edə bilməsin. Təbii ki, bu, dogrudan da, belədir. Hətta orda rəqəmlərin, hərflərin birinin üstü bağlananda texniki vasitə avtomobili eyniləşdirə bilmir. Bəzi sürücülər dövlət qeydiyyat nişanının birini və ya hər ikisini çıxarıb qoyurlar maşının salonunda görünməsin".

Amma sürücülərin bu kimi hərəkətlərə yol verməsi onların dayanma-durma qayda pozuntusuna görə nəzərdə tutulmuş 20 manat əvəzinə daha yüksək məbləğdə cərimələnməsinə gətirib çıxara bilər.

Mais Ağayev - BNA mətbuat katibi: "Bunu edən sürücülər bilməlidir ki, əgər dayanma-durmaya görə 20 manat cərimə olunursa, nömrəni bağlamaqla isə onlar daha kobud qayda pozuntusuna yol verirlər və bunun cəzası da daha ağırdır. 500 manatdan 800 manata qədər İnzibati Xətalar Məcəlləsinə görə bunu edən sürücüləri cərimə gözləyir". 

Sakin: "Hər halda cərimə cərimədir də. Bunu eləmək daha da ziyandır özlərinə".

Sakin: "Düzgün deyil. Qanun var, get dayanma-durma yerində saxla, nə cərimə yazılsın, nə də bir şey".

BNA belə faktları aşkar etdikdə dərhal Dövlət Yol Polisinə məlumat verəcək və həmin sürücü mütləq şəkildə cərimələnəcək.

Mais Ağayev - BNA mətbuat katibi: "Bu cəriməni həyata keçirmək dövlət yol polisinin səlahiyətindədir. Agentlik də bu cür sürücülərə qarşı mübarizədə DYP ilə kordinasiyalı şəraitdə işləyir. Belə hallar aşkarlandıqda, dərhal ərazi üzrə yol polisinə məlumat verilir və həmin patrul xidmətləri tərəfindən də sürücü barəsində tədbir görülməsi təmin edilir".

Ekspertlər, həmçinin bildirirlər ki, dayanma-durma qaydalarını pozanları cərimələməklə paralel, yeni dayanma-durma yerləri müəyyən etmək, bəzi yerlərdə saatdan və günlərdən asılı olaraq parkinqə icazə vermək lazımdır. Əks halda sürücülərin narazılığı və çarəsizliyi qaçılmazdır.
 

 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol