• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə meydanında qalan Nəsiminin məzarından görüntülər yayıldı - FOTOLAR

Müharibə meydanında qalan Nəsiminin məzarından görüntülər yayıldı - FOTOLAR
19.01.2019 12:03
Prezident İlham Əliyev Azərbaycanda 2019-cu ili "Nəsimi ili” elan edib.


Dahi şair İmadəddin Nəsimi ilə bağlı çoxlu araşdırmalar aparılıb, lakin bəzi məqamlar hələ də tədqiqat obyekti olaraq qalır. Ədəbiyyatçılar, tarixçilər deyir ki, "Nəsimi ili”ndə Nəsiminin əsərləri ilə bağlı yeni araşdırmalar aparılacaq. Bununla paralel olaraq, Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarının Azərbaycana gətirilib-gətirilməyəcəyi haqda da müzakirələr gedir.


Bu məsələ, sual altındadır, lakin böyük güclərin toqquşma meydanına çevrilən Suriyada Nəsiminin məzarının bu gün hansı vəziyyətdə olmasının özü maraqlıdır. Hələb hələ də təhlükəli bölgə olaraq qalır, burada tez-tez atışmalar olur. Amma Nəsimin məzarı hələ də dağıdılmayıb.


Modern.az saytı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nəsimin məzarından son görüntüləri əldə edib. Nəsimin məzarının fotolarını isə NTV-nin büro rəhbəri Meri Ak təqdim edib.


Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Cahana sığmayan şairin qərib məzarı» alı məqaləsində böyük şairdən bəhs edib. Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.


Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində "Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. 


Nəsiminin Hələb şəhərindəki "Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşən məzarının fotolarını təqdim edirik.
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol