• $
  • €
  • ₽
  • ₺
  • £

DİQQƏT! Uşağın cinsiyyətini öyrənmək qadağan olunur - VİDEO

DİQQƏT! Uşağın cinsiyyətini öyrənmək qadağan olunur - VİDEO
19.01.2019 15:02
"Ananın haqqıdır ki, övladının cinsiyyətini bilsin”

ARB TV xəbər verir ki, Azərbaycanda uşağın cinsiyyətini əvvəlcədən öyrənmək qadağan ediləcək. "Sağlamlıq Haqqında Qanun” layihəsi Milli Məclisin 2019-cu ilin yaz sesiyasında müzakirəyə qoyulacaq.

Sakin: "Qız da oğlan kimi övladdır. Niyə oğlanlara üstünlük verilir? Mən bu qərara müsbət baxıram”.

Sakin: "Bu fikirlə razı deyiləm. Ananın haqqıdır ki, övladının cinsiyyətini bilsin”.

Sakin: "Məncə, cinsiyyətin öncədən öyrənilməsi deyil, sonradan həmin uşağın məhv edilməsi qadağan olunmalıdır”.

Uşağın cinsiyyətinin ana bətnində olarkən öyrənilməsi qadağan edilə bilər. Bu barədə parlamentin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Millət vəkili bildirib ki, qanun lahiyəsi hazırdır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.



Həkimlər isə deyir ki, Azərbaycanda ailələrin əksəriyyətinin həkimə verdiyi ilk sual elə uşağın cinsiyyəti ilə bağlı olur.

Gülnarə Sultanqızı – Tibb elmləri namizədi: "Müraciət edən analara döl və onun sağlamlığı haqqında ətraflı məlumat vermək bizim borcumuzdur. Lakin, buna baxmayaraq ailənin özündə də maraq yaranır, uzanan kimi ilk sualı uşağın cinsiyyəti ilə bağlı olur. Oğlandır ya qız? Bu sual mütləq verilir”.

Sosioloqlar deyir ki, selektik abortlar problemi dünyanın bütün ölkələrində müzakirə mövzusuna çevrilib. Sadəcə bu məsələyə hüquqi yanaşma ilə bərabər ictimai qınaq da olmalıdır.

Üzeyir Şərifov – sosioloq: "İnnovativ sosial layihələr hazırlamaq lazımdır. Ailə qurmağa hazırlaşan gənclərlə işləmək lazımdır. Eyni zamanda abortları həyata keçirən həkimlərlə sosial iş aparmaq lazımdır. Bunun üçün könüllülərədən istifadə etmək olar.

Qeyd edək ki, uşağın cinsiyyətinin əvvəlcədən müəyyənləşdirilməsi bir çox inkişaf etmiş ölkələrdə də qanunla qadağan edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol