• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da bəzi şöbələr ləğv edildi

AMEA-da bəzi şöbələr ləğv edildi
15.10.2014 17:59
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda dəyişiklik edilib.APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Mərkəzi aparatın strukturunda dəyişikliyin edilməsi haqda qərar qəbul olunub. Qərara əsasən, AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi, Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsi yaradılıb. AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsinin Əsasnaməsi təsdiq edilib, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev idarənin rəisi vəzifəsinə təyin edilib.AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Təhsil şöbəsi yaradılıb. İclasda Təhsil şöbəsinin əsasnaməsi təsdiq edilib, Nuridə Quliyeva Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin olunub.Bundan əlavə, İctimaiyyətlə əlaqələr şöbəsinin bazasında “Elm qəzet”i, “Elm və həyat” jurnallarının redaksiyalarından, science.az web-portalından və İctimaiyyətlə əlaqələr şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb. Qərara əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən science.az portalı AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil edilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol