• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Neftçilər Xəstəxanasında qalmaqal – İşçi ilə rəhbərlik arasında nə baş verir?

Mərkəzi Neftçilər Xəstəxanasında qalmaqal – İşçi ilə rəhbərlik arasında nə baş verir?
19.01.2019 17:18
Mərkəzi Neftçilər Xəstəxanasında bəzi işçilərlə rəhbərlik arasında narazılıqlar yaranıb.

Bu barədə xəstəxanada tibb bacısı işləyən Könül Əziz qızı Abdullayeva baku.ws-ə şikayətində bildirib. O, xəstəxananın direktoru Ülvi Mirzəyevdən şikayətlənib.
"Mən Abdullayeva Könül Əziz qızı Mərkəzi Neftçilər Xəstəxanasında çalışıram. Xəstəxanamızda özbaşınalıq baş alıb gedir. Yeni təyin olunmuş Ülvi Mirzəyev İşçiləri incidir, maaşları azaldır, yüzə yaxın ştatdan kənar xəstəxanaya işçi göturub”, – deyə K. Abdullayeva bildirib.
Şikayətçi xanım bildirib ki, 01.11.2018 tarixindən etibarən xəstəxanaya direktor təyin olunmuş Mirzəyev Ülvi xəstəxanada özünün istədiyi qanunlari tətbiq edib:

"O, tutduğu vəzifəsindən sui-istifadə edir, özünün gətirdiyi tibbi personala yüksək maaş verir. Bu xəstəxanada uzun illər çalışmış olan işçilərə isə öz personalından 3 dəfə aşağı maaş verir, onların şikayətlərini dinləmir. İşçilərlə pis rəftar edir. 12 il bu şöbədə çalışmağıma baxmayaraq, səbəbsiz yerə məni başqa şöbəyə keçməyə məcbur edib”.

Məsələ ilə əlaqədar Ülvi Mirzəyevlə əlaqə saxladıq. Xəstəxananın direktoru açıqlamasında bildirib ki, haqqında deyilənlərin hamısı yalandır.
"Biz Könül Abdullayevanı başqa şöbəyə keçirmişik, maaşını da eyni məbləğdə saxlamışıq. Əgər o, həqiqətən də dürüst olsaydı, bunları deməzdi. Əslində problem odur ki, o, burada alver edirdi. Burada xəstələri pul qarşılığında müxtəlif həkimlərə "satırdı”.

Bu ciddi xətadır. Buna görə, onu işdən qova da bilərdik. Lakin biz onun şöbəsini dəyişdik ki, bu əməlləri edə bilməsin. İllərdir bu şəbəkəni qurub, indi biz ona imkan vermədik deyə, narazı oldu. İndi sağda-solda ağzına gələni danışır”, – deyə Ülvi Mirzəyev bildirib.
Xəstəxananın direktoru deyir ki, tibb bacısı keçdiyi yeni şöbədə istədiyini edə bilməyəcək:

"O. əvvəllər kardioloğiya şöbəsində işləyirdi, indi onu daxili xəstəliklər şöbəsinə yerləşdirdik. Əvvəlki şöbədə dəhlizdə xəstələrlə danışıb, onları razılaşdığı həkimlərin yanına göndərirdi. İndi isə dializli xəstələr gəlir, onlara pulsuz xidmət göstərir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol