• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək

Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
28.05.2020 19:18
Doğum evlərində (şöbələrində) "Körpə dostu” xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur.

Anews.az-ın məlumatına görə, bunu Trend-ə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

Onun sözlərinə görə, "Körpə dostu” xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri də uşağın müəyyən yaşa qədər yalnız ana südü ilə qidalanması ilə bağlıdır.

E.Karvardinin sözlərinə görə, ötən 20 ildən artıq dövr ərzində Azərbaycanda ana və uşaq ölümünün azaldılması baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib:

"Ümumiyyətlə, ana və uşaqların sağlamlığı, qidalanması ilə bağlı ölkədə çox təqdirəlayiq irəliləyiş var. Məsələn, uşaq ölümünə səbəb olan poliomielit (ağır iflic) xəstəliyinin kökü kəsilib. Düşünürəm ki, növbəti mərhələdə əsas diqqət xidmətlərin bütün uşaqlar üçün təmin edilməsinə yönələcək. Sözsüz ki, xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi də diqqət mərkəzində olmalıdır”.

UNİCEF rəsmisi əlavə edib ki, UNİCEF bu istiqamətdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq çərçivəsində UNİCEF xidmətlər paketində uşaq və anaların ehtiyac duyduğu əsas xidmətlərin müvafiq keyfiyyət standartları əsasında təmin edilməsinə dəstək göstərəcək:

"Məqsəd odur ki, Azərbaycanda ana və uşaqlar ehtiyac duyduğu xidmətlərdən ən optimal şəkildə istifadə etsinlər. Biz də bu sahədə iş birliyinin olmasını çox həvəslə gözləyirik. Hesab edirik ki, bu əməkdaşlıqdan növbəti illərdə minlərlə ana və uşaq bəhrələnəcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol