• $
  • €
  • ₽
  • ₺
  • £

“Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa!” – Yol polisinə ağır ittiham

“Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa!” – Yol polisinə ağır ittiham
21.01.2019 10:08
Tanınmış təhsil eksperti Etibar Əliyev Dövlət Yol Polisindən (DYP) açıq narazılıq ifadə edənlərin sırasına qoşulub.

"AzPolitika.info”nun məlumatına görə, E.Əliyev "Facebook”da paylaşdığı statusunda DYP-ni "sürücülük vəsiqəsi satmaqda və sürücüləri pusmaqda” ittiham edib.


E.Əliyev yazır: "Yanvarın 18-də saat 19:00 radələrində Səbail rayonu ərazisində, Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi "Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik


Xəstəxananın həkim-kardioloqu, 2 ay əvvəl ailə qurmuş Lalə Sadayzadəni vurub və nəticədə xanım həkim hadisə yerində ölüb. Allah Rəhmət eləsin.

Dünyanın hər yerində piyada keçid zolaqları işıqlandırılır. Bunu hələ indiyə qədər bilmirsiniz? Dövlət Yol Polisinə qiyməti 50-60 min dollarlıq maşınlar almaq əvəzinə bunu etmək lazımdır. Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa! DTX, Müdafiə Nazirliyi və Milli Məclisin yaxınlığındakı piyada keçid zolağında adam vurana da yəqin ki, sürücülük vəsiqəsini əyri yolla veribsiniz.

Neftçilərdən Qaraçuxur və Bakıxanov Qəsəbəsinə düşən yolda gecə göz-gözü görmür. Orda da zülmətin içində piyada keçidi zolağı var.

P.S. Ukraynanın əyalətlərində belə piyada keçid zolaqları içəridən işıqlandırılır. Bizdə sürücülər bu zolağı keçəndən, yaxud piyadanı vurandan sonra bunu bilirlər”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol