• $
  • €
  • ₽
  • ₺
  • £

Müstəntiqin son qərarı: "Hacı Mazan"ı 5 ilədək həbs gözləyir - VİDEO

Müstəntiqin son qərarı: "Hacı Mazan"ı 5 ilədək həbs gözləyir - VİDEO
21.01.2019 11:05
Binəqədi Rayon Polis İdarəsində "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov və adamlarının hərəkətləri ilə bağlı araşdırma başa çatıb. İdarənin müstəntiqi Samid Şabanov son qərarını verib və işi Binəqədi Rayon Prokurorluğuna göndərib. 

Anews.az bakupost-a istinadən xəbər verir ki, qərara görə, Ramazan Zeynalov, onun sürücüsü Rəşad Kərimov və iş adamına məxsus "İnam Bayram” MTK-nın əməkdaşı Yunis Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq) cinayət işi başlanıb. Bu əmələ görə təqsirli bilinən şəxsi iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Xatırladaq ki, "Hacı Mazan" və adamları Binəqədi rayonunda "İnam Bayram" MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.

Qeyd edək ki, indiyədək "Hacı Mazan”ın adı müxtəlif cinayət hadisələrində hallansa da, tanınmış iş adamı həmişə bu işlərdən zərərsiz xilas ola bilib. İlk dəfədir ki, Ramazan Zeynalovla bağlı cinayət araşdırması bu mərhələyə qədər gəlir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol