• $
  • €
  • ₽
  • ₺
  • £

Aparıcı Fazil Talıbovdan şikayət etdi: "Küçələrdə qalan qadına reaksiya verilmir”

Aparıcı Fazil Talıbovdan şikayət etdi: "Küçələrdə qalan qadına reaksiya verilmir”
21.01.2019 13:29
"Space” TV-nin aparıcısı Amil Xəlil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi  Fazil Talıbonun fəaliyyətini tənqid edib.

Anews.az xəbər verir ki, Unikal.org-a açıqlama verən aparıcı bildirib ki, 1 aydır "Vasmoy” bazarında gecələyən Zibər Abbasova adlı yaşlı qadınla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi  Fazil Talıbova müraciət edib:

"10 gündür F.Talıbova sözügedən yaşlı qadının sığınacaqda yerləşdirmək üçün müraciət edirəm. O, məni yola verir, bəzən də telefonumu açmır. Halbuki, qadın "Space” TV-yə kömək məqsədilə müraciət edib və qocalar evinə yerləşdirilməsini istəyir. Hazırda ona ətrafda yaşayan insanlar baxır. Sağlam qadındır. Övladı yoxdur. Mən bir həftədən çoxdur bu xanım haqqında məlumat verirəm. Bu gün-sabah deyə-deyə uzadırlar. Adam ancaq tərifə işləyir deyəsən? Deyirlər ki, kimsəsizlər üçün nəzərdə tutulan sığınacağa lazımı sənədlər yığılmalıdır. Yığmışıq da, onların görməli olduğu işi də biz edirik. Halbuki, bu işi ƏSMN etməlidir. Mən əminəm ki, cənab nazirin bunlardan xəbəri yoxdur. Bu kimsəsizdirsə, bunun sənəd işini kim görməlidir? Dünən irad bildirmişəm bu gün mənə yazıb ki, "şantaj edirsən". Bəsdirində. Yazıqdır bu camaat. Yenə deyirəm, bu sənəd işini siz görməlisiz, biz deyil! Əminəm ki, Sahil Babayevin bunlardan xəbəri yoxdur”. 

Aparıcı məsələ ilə bağlı Sahil Babayevə də müraciət edib: "Mən xahiş edirəm cənab nazirdən. Bu insanlar haqqında tədbir görsün. Prezidentimiz hər zaman deyir ki, məmurlar xalqa xidmət etməlidir". Mən onlara dedim ki, bəy, əgər qəbul etmirsinizsə, çəkilişdən sonra buraxıram qadını və deyirəm ki, bağışla biz sənə kömək edə bilmədik!

Əgər bu şantaj olsaydı biz də sənin kimi kresloda oturub "əşi" deyərdik!!!”.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol