• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 100 manata görə tanışını öldürənə ağır cəza verildi

Bakıda 100 manata görə tanışını öldürənə ağır cəza verildi
21.01.2019 17:42
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib.

Bakı şəhər sakini K.Əsgərov münaqişə zəminində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəyə tanışlar arasında pul söhbəti səbəb olub.

Belə ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra V.Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Lakin K.Əsgərov bununla razılaşmayaraq, pulu İsrafilə qaytaracağını bildirib.

Daha sonra V.Cəfərov K.Əsgərovun ünvanına söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə, K.Əsgərov üzərində gəzdirdiyi bıçaqla V.Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.

K.Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ittiham irəli sürülüb. 

O, əvvəllər də məhkumluq həyatı yaşayıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol