• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 221 minlik dələduzluq

Azərbaycanda 221 minlik dələduzluq
15.10.2014 14:05
Vətəndaş Əlican Səfərovun qanunsuz hərəkətlərinə dair Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Baş prokurorluqdan ANN.Az-a daxil olan xəbərdə istintaq zamanı Əlican Səfərovun “Polymer-Trade Ltd” şirkəti ilə “Azərikimya” Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodu arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı “Polymer-Trade Ltd” şirkətinin məlumatı olmadan şirkətin adından saxta etibarnamə ilə hazırladığı sifariş məktublarından istifadə edərək müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 221 min 450 manat dəyərində 215 ton yüksək təzyiqli polietilen məhsullarının göndərildiyi qeyd olunur. Onun “Polymer-Trade Ltd”–yə məxsus külli miqdarda əmlakın dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma), 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddələrində  nəzərdə tutulan ittiham elan edilib.İstintaq zamanı ziyanın ödənilməsi qismən təmin olunub.Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol