• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il "Azercell" daha 25 tələbəni sevindirdi

Bu il "Azercell" daha 25 tələbəni sevindirdi
22.01.2019 12:25
Azərbaycanın mobil rabitə bazarının lideri "Azercell Telekom” MMC  tələbələrin fəaliyyətinin dəstəklənməsi üçün hər il keçirilən Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə qaliblərini elan edib. Mərhələli seçim nəticəsində bu il 25 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Tələbələri təbrik etmək üçün şirkət tərəfindən yanvar ayının 21-i təşkil edilən görüşdə  "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və Təhsil Nazirliyi SABAH qruplarının tədris işləri üzrə rəhbəri Eldar Qocayev iştirak edib. Vahid Mürsəliyev çıxışı zamanı şirkətin korporativ sosial məsuliyyət siyasətinin daim öz ardıcıllığı, dayanıqlılığı və şəffaflığı ilə seçildiyini bildirib. Həmçinin, şirkət tərəfindən həyata keçirilən  İllik Tələbə Təqaüd və Təcrübə proqramlarının ölkə gənclərinin inkişafına yatırılan investisiyalar olduğunu qeyd edib. 

Məlumat üçün bildirək ki, Azercell tərəfindən keçirilən Tələbə Təqaüd Proqramında iştirak etmək üçün 1398 tələbə müraciət edib və  seçimlər 3 mərhələdən ibarət olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci mərhələdə 759 tələbə məntiq və ingilis dilindən ibarət xüsusi hazırlanmış test tapşırıqlarında biliklərini sınayıb. Tapşırıqları uğurla yerinə yetirən 66 tələbə üz-üzə müsahibələrə dəvət alıblar. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanını əldə edəcəklər. Qeyd edək ki, təqaüdçilərin 9-u Bakı, 7-si bölgə təhsil müəssisələrinin  tələbələridir. Digər 9 tələbə isə 2017-ci il Təhsil Nazirliyinin SABAH qrupları və "Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH tələbələri sırasından seçilib. 

Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Qeyd edək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 180-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb. 
 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol