• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu"dan sayğaclarla bağlı yenilik

"Azərsu"dan sayğaclarla bağlı yenilik
22.01.2019 15:55
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Su sayğaclarının quraşdırılması müraciəti" adlı yeni elektron xidməti istifadəyə verib. Bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər.

Anews.az xəbər verir ki, bunun üçün vətəndaşlar www.azersu.az saytında "Su sayğaclarının quraşdırılması müraciəti" bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir.

Müraciət edən şəxs tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir.

- Abonent kodu

- Müraciətin səbəbi

- Müraciət edənin əlaqə telefonu

- Müraciət edənin elektron poçt ünvanı

- Müraciətlə bağlı qeydlər.

Xidmətdən istifadə etmək üçün sistemə doğru məlumatlar daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılır və sorğunun icrasından imtina edilir.

Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün "Azərsu" ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Burada müvafiq iş əmri yaradılaraq müraciət icraya yönəldilir. İş icra edildikdən – sayğac quraşdırıldıqdan sonra iş əmri (sayğac quraşdırma aktı) tərtib edilir və bir nüsxəsi abonentə təqdim edilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.

Qeyd edək ki, hazırda bu xidmətin "Elektron hökumət" portalına www.e-gov.az inteqrasiyası üzərində iş aparılır. Yaxın gələcəkdə vətəndaşlar www.azersu.az saytı ilə yanaşı, www.e-gov.az portalı vasitəsilə də bu xidmətdən istifadə edə biləcəklər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol