• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı diş hansı daxili orqanla əlaqəlidir? - Böyrəyin, ciyərin fəryadını ağrıyan dişdən “eşidin”

Hansı diş hansı daxili orqanla əlaqəlidir? - Böyrəyin, ciyərin fəryadını ağrıyan dişdən “eşidin”
22.01.2019 23:00
Əgər diş ağrısı sizi narahat edirsə, onu sadəcə çıxartdırmaqla, yaxud plomblamaqla ört-basdır etməyin. Çünki ağrıyan hər bir diş bir orqanın probleminin xəbərçisi ola bilər.  

Meridianlar və dişlər

Medicina.az xəbər verir ki, dişlər müəyyən orqanlar və orqanlar sistemi ilə əlaqəlidir.  Bəzən elə olur ki, insan çəkilmiş dişin yerində də ağrı hiss edir.   

Bu, dişlərin meridianlar üzrə orqanlarla əlaqəsini sübut edən ən yaxşı nümunədir.  

Bir çox həkim düşünür ki, ağız boşluğunun  sağlamlığı insan orqanizminin ümumi vəziyyəti ilə əlaqəlidir. 

Daxili orqanlarla əlaqəli olan dişlər

2009-cu ildə stomatologiya sahəsində aparılan bir araşdırmada alimlər ilk dəfə olaraq dişləri hiss orqanları kimi təqdim ediblər. Məlumdur ki, yemək yeyərkən dişlərdə olan mexanoreseptorlar sinir aktivliyini idarə edirlər. Onlar qidanın çeynənmə qüvvəsini və sürətini sensor siqnalları vasitəsilə beyinə ötürürlər. 

Beləliklə dişlərə sinir kommunikasiyasında əhəmiyyətli rol oynayan vacib bir orqan kimi baxmaq olar.  

Alimlər müəyyən ediblər ki, hər bir dişin inkişafına cavabdeh olan gen başqa orqanların da inkişafı üçün cavabdehlik daşıyır. Onlar həmçinin daha irəli yaşlarda həmin orqanlarda xərçəng xəstəliyinin inkişafına da səbəb ola bilər. 

Məsələn, diş ətində inkişaf edən bakteriyalarla süd vəzi xərçənginin inkişafı arasında əlaqə olduğu müəyyən edilib. Dişlərin xroniki infeksiyalarının isə ürək-damar xəstəlikləri, insult, erektil disfunksiyaya səbəb olduğu da məlumdur. 

Dişlər hansı orqanlarla əlaqəlidir? 

• Kəsici və köpək dişləri böyrək, qaraciyər və öd kisəsi ilə

• Ön azı dişləri yoğun bağırsaq və mədə ilə 

• Yuxarı və aşağı kəsici dişlərdəki ağrı böyrək, sidik kisəsi və qulaq infeksiyasından xəbər verir. Bu əlamət həmçinin limfatik və reproduktiv sistemin problemlərini də bildirir. 

• Azı dişlərində olan ağrılar anemiya, mədə və bağırsaq xorası, xroniki qastrit, babasil, sidik kisəsinin infeksiyası, revmatizm, mədəaltı vəzinin xroniki iltihabı və süd vəzi problemlərindən xəbər verir.  

• Ağıl dişləri mərkəzi sinir sistemi, ürək, qaraciyər və bağırsaq ilə əlaqəlidir. Bu dişlərdə olan ağrı və narahatlıq qan təzyiqinin artmasından, ekzema, qara ciyər və ürək-damar peoblemlərindən xəbər verir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol