• $
  • €
  • ₽
  • ₺
  • £

“Gətirdim ki, işləyəndə çəkim” - Qarnından narkotik çıxan şəxs

“Gətirdim ki, işləyəndə çəkim” - Qarnından narkotik çıxan şəxs
23.01.2019 15:15
Şəkidən Daşkəsənə narkotik gətirən şəxs polis tərəfindən saxlanılıb.

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Yaşar Şəfiyevi şübhəli şəxs qismində saxlayıblar. Üzərinə baxış zamanı onun qarnında narkotik vasitə olan marixuana gizlətdiyi müəyyən edilib.

Nicat Cəfərli - müstəntiq: "Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman şalvarın önündə, qarın nahiyəsində gizlətdiyi paketin içərisindən təmiz çəkisi 312 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb".

Əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayan Yaşar Şəfiyev istintaqa ifadəsində narkotik vasitəni Şəki şəhəri ərazisində yol kənarından topladığını və şəxsi istifadəsi üçün Daşkəsən rayonuna gətiriyini deyib.

Yaşar Şəfiyev - saxlanılan şəxs: "Şəkidən yolun qırağından yığmışdım. Çəkəniyəm. Orada bir-iki dəfə özüm istifadə etdim. Daşkəsənə işləməyə gəldim. Gətirdim ki özümçün işləyəndə istifadə edim".

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol