• $
  • €
  • ₽
  • ₺
  • £

“Artıq protezlə gəzə bilirəm” -İki ayağını itirmiş əsgərimiz+Fotolar

“Artıq protezlə gəzə bilirəm” -İki ayağını itirmiş əsgərimiz+Fotolar
14.10.2014 23:25
Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun yaralı əsgəri Sərxan Tahirzadənin səhhəti tamamilə yaxşılaşıb. Həkimlər hər iki ayağı amputasiya edilən 19 yaşlı Sərxan Tahirzadəyə protez qoyublar və o, artıq sərbəst yeriyə bilir. ANN.Az modern.az saytına istinadən verdiyi xəbərə görə, bu barədə Sərxan Tahirzadənin özü məlumat verib. “Artıq yeriyə bilirəm, səhhətim yaxşıdır, burdan Azərbaycana salam göndərirəm, səhhətimlə maraqlanan hər kəsə də təşəkkür edirəm”.Sərxan Tahirzadə hazırda protezlə adaptasiya dövrü keçir. O, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağırılıb. 11 ay hərbi xidmət etdikdən sonra cəbhədə gedən döyüşlərdə ağır yaralanıb. Hadisə cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı baş verib. Sərxan ailəsinin yeganə övladıdır.Sərxan Tahirzadənin sözlərinə görə, onunla birgə Ankarada müalicə alan digər iki əsgərimiz- qarın nahiyəsindən ağır güllə yarası almış Elvin Əsgərov və və bir gözünü itirmiş Ədalət Məmmədovun da səhhəti qaydasına düşüb. O, vətənə nə vaxt qayıdacaqlarının dəqiqləşmədiyini qeyd edib.Azərbaycanın 3 yaralı əsgəri müalicə olunmaq üçün avqustun 9-da Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılıb. Əsgərlərimiz Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol