• $
  • €
  • ₽
  • ₺
  • £

Rəis məndən 200 min manat istədi - MƏHKƏMƏ

Rəis məndən 200 min manat istədi - MƏHKƏMƏ
23.01.2019 17:36
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi istintaqı başlayıb.

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib. 

X.Məmmədov elan olunmuş ittihamın heç bir maddəsi ilə özünü təqsirli bilmədiyini deyib. 

O, sərbəst ifadə verərək, hadisə haqqında danışıb. X.Məmmədov avtomobili idarə edərkən sürət həddini aşmadığını, hadisə yerindən qaçmadığını vurğulayıb:

"İşdən çıxandan sonra şəhərə gəlirdim. Yolda qarşıdan gələn "Mercedes” markalı avtomobil qəfildən mənim yoluma çıxdı və avtomobilimi vurdu. And olsun Allaha ki, mənim maşını saxlamaq imkanım yox idi. Məni yolumdan vurub çıxardı, avtomobilim dərəyə düşdü.

Avtomobilim yanırdı, özümü güclə çıxardım. Dərhal təcili tibbi yardıma zəng etmişəm. Gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng etmişəm, hadisəni demişəm. Səhər saat 04:00-a kimi Abşeron Rayon Polis İdarəsində olmuşam”. 

Təqsirləndirilən şəxs istintaq rəisinin onunla şəxsi qərəzlilik apardığını iddia edib:

"Binəqədi rayon istintaqının rəisi Həsrət mənimlə prinsipə düşüb, ona görə işi belə qurublar. Mənə dedi ki, sənə kömək etmək istəyirik, amma bilmirik, necə edək. Mən də qayıtdım ki, günahım yoxdur. O isə hadisə yerindən qaçdığımı iddia etdi. Mən də dedim ki, əgər qaçmışamsa, görüntüyə baxın. Sürət həddi 60-70 olub, yüksək sürətlə də idarə etməmişəm avtomobili.

Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında bildirdi ki, şahidlərə fikir verən yoxdur, istəsə, yalançı şahidlər də gətirə bilər. Məndən 200 min manat pul istədi, mən isə pulumun olmadığını dedim. Qayıtdı ki, bəs maşını nə ilə almısan?” 

X.Məmmədov indiyədək nümunəvi polis olduğunu qeyd edib:

"Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün cənab nazirimiz məni polis akademiyasında oxumağa göndərib. Yeddi il cənab nazirin mühafizəsində çalışmışam”. 

Proses yanvarın 30-da davam etdiriləcək. 

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol