• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov rəisi işdən qovdu

Ramil Usubov rəisi işdən qovdu
14.10.2014 17:35
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla bağlı daha bir məqam üzə çıxıb.ANN.Az Axar.az-a istinadən xəbər verir ki, istintaqda adı hallanmamasına baxmayaraq, əməkdaşları barədə araşdırma aparılan Abşeron Rayon Polis Şöbəsinin Mehdiabad polis bölməsinin rəisi Eldar Qazıbəyov haqqında qərar verilib. Belə ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri il E.Qazıbəyov vəzifəsindən azad edilib. Onun xidmətə yararsız sayıldığı qeyd olunub.Daha bir məlumat isə Abşeron PŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədovla bağlıdır. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olan şikayət təsdiqini tapmadığı üçün barəsində aparılan araşdırmaya xitam verilməsinə baxmayaraq, Zülfüqar Məmmədov da şiddətli töhmət alıb.E.Qazıbəyov axar.az-a açıqlamasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan araşdırmanın səbəbinə toxunmayıb. Yalnız MCMBİ-yə dəvət edilmədiyini və ifadəsinin alınmadığını bildirib: “Mən Baş İdarəyə dəvət olunmamışam və ifadə də verməmişəm. İşdən çıxarılmağımla bağlı sərəncama gəldikdə isə bu barədə rəhbərlikdən mənə heç nə deyilməyib”.Qeyd edək ki, oktyabrın 10-da Abşeron PŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədov, Mehdiabad polis bölməsinin rəis müavini Şükür Paşayev və baş əməliyyat müvəkkili Təvəkkül Cəbrayılovun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıldığı barədə məlumat yaymışdıq. Hər üç polis əməkdaşından müxtəlif səviyyəli şikayətlər olduğu deyilirdi.Yuxarıda qeyd etdiyimiz kimi, Abşeron RPŞ İctimai Təhlükəsizlik bölməsinin rəisi Z.Məmmədov barəsində şikayət təsdiqini tapmadığı üçün araşdırmaya xitam verilsə də, digər iki əməkdaşla bağlı istintaq davam etdirilir. Ötən gün nazirin sərəncamı ilə barələrində istintaq aparılan hər iki polis əməkdaşı araşdırmanın obyektivliyini təmin etmək məqsədi ilə vəzifədən çıxarılıb və sərəncama götürülüblər.Bu gün isə əməkdaşları barədə araşdırma aparılan Mehdiabad polis bölməsinin rəisi işdən azad edilib, Abşeron RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin rəisi Z.Məmmədov isə şiddətli töhmət alıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol