• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda satılan sonsuzluğa, xərçəngə səbəb olan məhsullar - VİDEO

Bakıda satılan sonsuzluğa, xərçəngə səbəb olan məhsullar - VİDEO
29.05.2020 02:41
Geni dəyişdirilmiş qidalar haradan gəlir?

ARB TV xəbər verir ki, bitkilərin, heyvanların genində bir və ya bir neçə elementin yerini dəyişməklə genetik modivikasiya edilmiş məhsullar yaradılır. Məhsulun geninin dəyişdirilməsi ilə bol məhsuldarlıq əldə etmək mümkün olduğu üçün bəzi ölkələr yaranan ərzaq qıtlığından çıxış yolunu məhz GEMO məhsullardan istifadədə görür.

Sakin: "Meyvələrin geninin dəyişdirildiyini bilmək olmaz sadəcə üzərində xarici məhsul olduğu ilə bağlı müəyyən etiketlər olur”.

Sakin: "Ət məhsulları, toyuq bunlar bizə rayondan gəlir”.

Sakin: "Tərkibinə, tarixinə baxıram. Maraqlanıram ki, təzə məhsul olsun. Əti də tanımadığım yerdən almıram”.

Məhsuldarlığın bol olması əksər sahibkarlara çox cəlbedici gəlir. Elə buna görə də demək olar ki, GEMO məhsullar bütün dünya ölkələrinə ayaq açıb. Azərbaycana da gəlib çxan belə məhsulların zərərləri isə təxmin edildiyindən də çoxdur.

Aidə Bəndəliyeva – Ekspert: "Bu məhsullarla qidalanan insanlarda allergik xəstəliklər, sonsuzluq və müxtəlif mənşəyi bilinməyən patalogiyaların meydana çıxması, xərçəng xəstəliyinin geniş vüsət alması halları müşahidə olunmağa başlayıb. Körpələrin belə qidalarla qidalanması onların immun sisteminin körpə yaşlarından pozulmasına və digər fəsadların meydana çıxmasına səbəb olur”.

Belə məhsulları təkcə insan sağlamlığına ziyan vurmur, hətta becərildikləri sahələri də yarasız hala salır. Mütəxəssislər geni modivikasiya olunmuş qidalardan qorunmaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edirlər.

Aidə Bəndəliyeva – Ekspert: "Həmin məhsulların həm görünüşləri, həm də uzun müddət saxlanabilmə xüsusiyyətinə malik olması daha diqqət çəkir”.

Əksər inkişaf etmiş ölkələrdə genetik modivikasiya olunmuş məhsullara qadağa qoyulub. Azərbaycanda isə GEMO məhsullar "Ekoloji təmiz kənd təsərrüfatı barədə qanun”a əsasən ekoloji təmiz olmayan qidalar kimi qəbul edilib.

AQTA-dən verilən məlumata görə, ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən qida məhsulları daim nəzarətdə saxlanılır. Agentlik bəyan edir ki, GEMO məhsulları ilə bağlı şübhə yarandığı zaman quruma müraciət edə bilərlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol