• $
  • €
  • ₽
  • ₺
  • £

"Qorxuram ki, bu ixtisarlar bizə baha başa gəlsin" - Deputat

"Qorxuram ki, bu ixtisarlar bizə baha başa gəlsin" - Deputat
24.01.2019 15:24
Deputat Elmira Axundova sosial ipoteka məsələsinin özəl sektorda işləyənlərə də şamil edilməsini təklif edib.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, o qeyd edib ki, özəl sektorda çalışan bir neçə qrup ailələr var ki, onlar aylıq gəlirlərinin normal olduğunu vurğulayır, ancaq sosial ipotekadan yararlana bilmir: "Hesab edirəm ki, sosial ipoteka bütün gənc ailələrə verilməlidir. Burada dövlət və özəl sektor məsələsinə baxılmamalıdır. Özəl sektorda işləyən yüz minlərlə insan var. Amma onlar dövlətdən heç bir imtiyaz almırlar".

Deputat xatırladıb ki, 2019- cu ilin dövlət büdcəsi layihəsi parlamentdə müzakirə olunanda maliyyə naziri Samir Şərifova aparatın şişirdilməsi məsələsini bildirib:

"Nazir mənə dedi ki, bu düz deyil. Yəni dövlət qulluqçuları ilə bağlı 327 milyon manat artırılma məsələsini nəzərdə tuturdum. Bəli, mən düz demişdim. Cənab prezident bir neçə qurumu ixtisar etdi. Nə qədər artıq qurum var imiş bizdə. İndi bu ixtisarlar gedir. "DOST" mərkəzləri məsələsini müzakirə edəndə nazir Sahil Babayevə sual verdim ki, rayonlarda sizin qurumun 3 filialı var. Bu 3-nü ləğv et, hamısı "DOST"a keçsin. Ancaq dedi ki, bu, tədricən olacaq. Niyə tədricən, birdəfəlik edin də.

İxtisar olunanlar məsələsinə də toxunmaq istəyirəm. Hansısa ixtisarlar olursa, o ixtisar olunanlar hara getsin? Nazirlikdə, qurumlarda boş yerlər çoxdur. Həmin adamları boş yerlərə yerləşdirmək lazımdır. Cənab prezident də sərəncamında qeyd edib ki, həmin qurumlarda ixtisar olunanlar boş yerlərdə işlə təmin olunmalıdır. Mənim yanıma gəlirlər və deyirlər ki, bizi ixtisar etdilər. İnsanları küçəyə atmayın. Mən qorxuram ki, bu ixtisarlar bizə baha başa gəlsin. İxtisar olunan insanların aqibətini düşünmək lazımdır".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol