• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir

“Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir
24.01.2019 16:37
Ölkənin ən gənc və innovativ mobil operatoru olan "Nar” abunəçilərini sevindirməyə davam edir.  Bütün "Limitsiz İnternet” paketlərinə qoşulan "Nar” abunəçiləri üçün "WhatsApp” pulsuzdur. Hətta meqabaytlar bitdikdən sonra da abunəçi istifadə müddətinin sonuna qədər pulsuz internetdən və "WhatsApp” ilə limitsiz yazışmadan yararlana bilər. Üstəlik, "XL”, "2XL” və "3XL” paketlərində gecələr internet trafiki tam sürətli olmaqla yanaşı, həm də pulsuzdur və paketin meqabaytlarından istifadə edilmir. 

Qeyd edək ki, "Nar” abunəçilərə müxtəlif həcmli "Limitsiz İnternet” paketlərdən birini seçmək imkanı verir. İstifadəçilər həm mobil telefonunda, həm də kompüterdə 150 Mb/s-dək sürətdən zövq ala bilərlər.  Bundan başqa, sifariş edilən "Limitsiz İnternet” paketin trafiki bitmədiyi halda belə, abunəçi yeni "Limitsiz İnternet” paketi sifariş edə bilər. Bu zaman hər iki paketin meqabaytları cəmlənəcək və ancaq hər paketin trafiki uyğun paketin istifadə müddəti ərzində aktiv olacaq. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək.                                                  

"Nar”-ın "Limitsiz İnternet” paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol