• $
  • €
  • ₽
  • ₺
  • £

5 deputata yeni vəzifə verilir

5 deputata yeni vəzifə verilir
24.01.2019 17:18
Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçiriləcək.

Anews.az modern.az-a istinadən iclasda Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq.

Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə edilmiş son dəyişikliyə görə, parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb.

Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, Milli Məclisin İntizam komissiyasının əvvəlki tərkibi dəyişdirilməyəcək.

İntizam komissiyasının tərkibinə yenidən deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafanın daxil ediləcəyi gözlənilir.

Komissiyanın üzvlərinin sayı 11-ə çatdırıldığından daha yeni 5 yeni üzvün adı da məlum olub. Bunlar: Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kərimzadə və Fəzail İbrahimlidir.

Bundan əlavə, yaz sessiayasının ilk iclasında Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Eyni zamanda, bir neçə qanun layihəsi müzakirə ediləcək.

Ümumiyyətlə isə yaz sessiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı Milli Koordinatorun və Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol