• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR özəllişdirilməlidir? - Deputat açıqladı

SOCAR özəllişdirilməlidir? - Deputat açıqladı
25.01.2019 11:15
Ümummilli lider Heydər Əliyevin böyüklüyü və uzaqgörənliyi onda idi ki, o, özəlləşdirməyə məqsəd kimi deyil, ölkəni inkişaf etdirmək üçün qabaqcıl dünya dövlətlərinin təcrübəsinə istinad edilməklə, bir vasitə kimi baxdı. Ölkənin təbii-strateji resurslarını, Dövlət Neft Şirkətini (ARDNŞ) özəlləşdirmədi.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son günlər yenidən SOCAR-ın özəlləşdirilməsi yönündə səslənən təkliflərə münasibət bildirərkən deyib.

Komitə sədri bu yöndə səslənən fikirləri, təklifləri o qədər də əsaslı hesab etmədiyini bildirib.

"Çünki Heydər Əliyev bilirdi ki, bu, Azərbaycanın iqtisadi-siyasi müstəqilliyinə, inkişafımıza ağır bir zərbə olardı", - deyən komitə sədrinin sözlərinə görə, dünyanın əksər ölkələri heç özlərinin təbii-strateji resurslarını özəlləşdirməyiblər.

"Odur ki, Azərbaycan dövlətinin müstəqillik dövründə ən mühüm nailiyyətlərindən biri məhz Dövlət Neft Şirkətinin qorunub-saxlanılmasıdır, inkişafıdır. Zamanında məhz ulu öndərimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Dövlət Neft Şirkətinin qorunub-saxlanılması mümkün oldu.

Əgər zamanında belə bir müdrik və tarixi qərar verilməsəydi, tam əminliklə deyirəm ki, nə müstəqil neft siyasətindən, nə də ümumən, müstəqil siyasi-iqtisadi inkişafımızdan danışmaq olardı. Ona görə indi belə fikirləri səsləndirilənlər bir daha ötən dövrlərdə baş verənləri, yaşananları göz önünə gətirsələr, yaxşı olar.

Bu baxımdan, adıçəkilən qurum hələ uzun illər qalmalı, öz işlərini və ölkəmizin inkişafına töhfələrini verməkdə davam etməlidir", - deyə Z.Səmədzadə əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol