• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələni əvvəlcədən müəyyən etmək olacaq

Zəlzələni əvvəlcədən müəyyən etmək olacaq
14.10.2014 13:56

Azərbaycanda seysmik aktivliyin baş verdiyi ərazini və harada zəlzələnin ola biləcəyini əvvəlcədən müəyyən etmək mümkün olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev APA-ya açıqlamasında bildirib ki, bunun üçün yeni intellektual sistem yaradılıb. T. Əliyev qeyd edib ki, institut tərəfindən ölkə ərazisində 10-a yaxın stansiya quraşdırılsa da, onlar vasitəsi ilə seysmik proseslərin harada getdiyini tapmaq mümkün deyil. Onun sözlərinə görə, bu stansiyalardan alınan ümumi məlumatı mütəxəssislərə çatdırmaq üçün intellektual sistem yaradılıb: “Amma stansiyalardan alınan məlumatları bir yerdə intellektual sistem vasitəsilə analiz etdikdə, müəyyənləşdirəcəyik ki, hansı ocaqda zəlzələnin baş vermə ehtimalı var. İndiyə kimi bu sistem yox idi. Stansiyalardan alınan məlumatların analizi və monitorinqi hansı ocaqda zəlzələ olacağını müəyyən etməyə imkan verəcək. İntellektual sistem artıq sınaqdan keçirilib və bu da yaxşı nəticə verir. Sistemin yaradılması müxtəlif mərhələlərdən ibarətdir. Birinci mərhələ ilin sonunadək tam başa çatacaq və bu müddət ərzində işləyən 10 stansiyadan müəyyən göstəricilər əldə olunacaq. Gələn il isə ikinci mərhələyə keçid olacaq. Bu mərhələdə stansiyaların sayı artırılacaq və onların daha etibarlı işləməsi təmin ediləcək”. Seysmoloqları əvəz etmək və işlərinə qarışmaq niyyətində olmadıqlarını deyən T. Əliyev qeyd edib ki, alimlər seysmoloqlar üçün instrumentari hazırlayırlar: “Bütün dünyada belədir. İnstrumentari kibernetiklər tərəfindən düzəldilir, seysmoloqlar isə ondan istifadə edirlər. Bu sistem anomal seysmik proseslərin harada gedəcəyini əvvəlcədən müəyyən etməyə imkan verəcək. Perspektivdə bu imkan olacaq. Müşahidələrimizə əsasən, ölkə üzrə 13 seysmik ocaq müəyyənləşdirilib. Hansı ocaqda zəlzələnin ola biləcəyini perspektivdə deyə biləcəyik”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol