• $
  • €
  • ₽
  • ₺
  • £

İcra hakimiyyətindən təkzib: Bayraq yandırılmayıb

İcra hakimiyyətindən təkzib: Bayraq yandırılmayıb
14.10.2014 13:39
Kürdəmirdə dövlət bayrağının yanması ilə bağlı yayılan xəbər dezinformasiyadır. Bunu AzVision.az-a açıqlamasında Kürdəmir rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Elşən Əzizov deyib. Icra rəsmisi bildirib ki, Kürdəmirdə abadlıq işləri ilə əlaqədar yol ayrıcında olan bayraq dirəkləri götürülür:“Hazırda Kürdəmirdə geniş abadlıq, tikinti, quruculuq işləri gedir. İndi Kürdəmirdə yeni bayraq meydanı salınacaq. Ona görə rayonda iki yerdə olan bayraq dirəkləri götürülür. Yayılan şəkildə görsənir ki, kran bayraq dirəyini götürür. Kürdəmir rayonunda 5 hektar ərazidə böyük bir bayraq meydanı tikiləcək. Başqa heç bir hal olmayıb. Bayrağın yanması haqqında yayılan məlumat isə yalandır”.Xatırladaq ki, yerli KİV-lərdə yayılan məlumata görə, Kürdəmirdə naməlum səbəbdən Azərbaycan bayrağı yanıb. Qeyd olunur ki, hadisə bu gün günorta saatlarında Kürdəmirin mərkəzində, Dövlət Bayrağı Meydanında baş verib. Bayrağın yanması nəticəsində yaranan hisdən bayraq dirəyinin də bir hissəsi qaralıb. Həmçinin dərhal əraziyə çox sayda polis əməkdaşı cəlb edildiyi qeyd olunub. Əraziyə gələn Kürdəmir rayon icra hakimiyyətinin əməkdaşları bayraq meydanında yanğının fəsadlarını aradan qaldrımağa çalışıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol