Ramil Usubovdan mühüm əmr: Ona yüksək vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
Anews.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi təyin olunub. Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov isə sərəncama götürülmüşdü.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























