• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkimin müavini: Bəlkə, Xamis bura gətirilərkən hardasa döyülmüşdü?

Baş həkimin müavini: Bəlkə, Xamis bura gətirilərkən hardasa döyülmüşdü?
28.01.2019 12:35
Xamis Məmmədovun nəzarətsiz qalması ilə bağlı deyilənlər doğru deyil.

Bunu Oxu.Az-a açıqlamasında sabiq idmançı Xamis Məmmədovun dünyasını dəyişdiyi Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkim müavini Cahangir Həsənov deyib.

O, X.Məmmədovun məşqçisi Nazim Məlikovun mərhumun halının pisləşməsi zamanı nəzarətsiz qalması ilə bağlı deyilənləri təkzib edib:

"Bizdə həmişə növbətçi həkimlər olur. Lap halı pisləşdiyi vaxt yanında həkim olmayıbsa belə, onun yaxınları ki yanında idi. Onlar dərhal xəbər verə bilərdi”.

Cahangir Həsənov onu da bildirib ki, yaxınlarının idmançının meyitinin yarılmasına etiraz etdikləri üçün onlardan şikayətçi qalmayıblar:

"Onun ölüm səbəbini araşdırmaq üçün meyitin yarılması zəruri idi. Lakin yaxınları buna imkan vermədi. Morqdan meyiti götürüb apardılar. Hər halda bizdən şikayətçi olsaydılar, yarılmasına imkan verərdilər. Bununla belə, biz onun ölüm səbəblərini araşdırmağa çalışacağıq”.

Baş həkimin müavini qeyd edib ki, Xamis Məmmədov klinikaya pnevmaniyalı xəstə kimi gəlmişdi:

"Müalicə həkiminin dediyinə görə, bura gətirilərkən vəziyyəti orta-ağır idi. Biz bilmirik, bəlkə, o bura gətirilərkən hardasa döyülmüşdü. Onun ölüm səbəbi xəstəliyi ilə bağlı olmaya da bilər. Onda tromb vardı. İdmançılarda belə hallar olur. Tromb istənilən yeri vurub sıradan çıxara bilir. Döyüşlər zamanı aldığı zədələr sonda belə hallara səbəb ola bilir. İstənilən halda, onun ölümünün səbəbini meyitin yarılması ilə dəqiq söyləmək olardı”.

Qeyd edək ki, Xamis Məmmədov 26 yanvarda dünyasını dəyişib. O, dünən doğulduğu və yaşadığı Sabirabadda dəfn olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol